
İngiltərənin "Liverpul" klubu futbolçusu Vircil van Deyklə müqaviləni yeniləyib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mersisayd təmsilçisi komandanın kapitanı ilə iki illik sözləşmə imzalayıb.
34 yaşlı niderlandlı futbolçu 2018-ci ilin yanvarından "Liverpul"un şərəfini qoruyur. Onun əvvəlki müqaviləsi 2025-ci ilin yayına qədər idi.
Qeyd edək ki, Vircil van Deyk cari mövsüm ərzində meydana çıxdığı 44 oyunda 4 qol və 1 məhsuldar ötürmə müəllifi olub.