
Rusiya slalomçularının 2025-ci ilin əsas beynəlxalq yarışlarında iştiraklarına icazə verilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Kanoe Federasiyasının xüsusi komissiyası qərar qəbul edib.
Rusiya millisi Fransanın paytaxtı Parisdə keçiriləcək Avropa çempionatında, Avstraliyanın Penrit şəhərindəki dünya çempionatında, habelə İspaniya və Fransada Dünya Kubokunun iki mərhələsində çıxış etməyi planlaşdırır.
19 - 24 yaşlı idmançılar isə Fransanın Fua şəhərində təşkil olunacaq dünya çempionatına hazırlaşırlar.
Qeyd edək ki, Rusiya idmançıları beynəlxalq yarışlarda neytral statusda mübarizə aparacaqlar.