
ABŞ-nin “İnter Mayami” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi uşaqlarının sevimli futbolçularının adlarını açıqlayıb.
Sportnet.az xəbər verir ki, 38 yaşlı ulduz hücumçu bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
O, xüsusilə 5 tanınmış oyunçunun adını çəkib:
"Uşaqlarım Kilian Mbappe ("Real Madrid"), Vinisius Junior ("Real Madrid"), Lamin Yamal ("Barselona"), Robert Levandovski ("Barselona") və Erlin Holannı ("Mançester Siti") izləyirlər”.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.