
Almaniyanın "Borussiya" (Dortmund) komandasının hücumçusu Seru Girassi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib.
Sportnet.az xəbər verir ki, Girassi 1/4 final mərhələsində İspaniya "Barselona"sını 3:1 hesabı ilə məğlub etdikləri görüşdə het-trik edib.
UEFA-nın rəsmi saytı vasitəsilə keçirilmiş səsvermədə İngiltərə "Arsenal"ından Deklan Rays ikinci, İtaliya "İnter"indən Lautaro Martines üçüncü yeri tutub.