
Türkiyənin "Fənərbağça" basketbol komandasının baş məşqçisi Şarunas Yasikyaviçyus Avroliqada cari mövsümünün ən yaxşısı seçilib.
Sportnet.az xəbər verir ki, 49 yaşlı litvalı mütəxəssis həmçinin əfsanəvi Aleksandr Qomelskinin adını daşıyan mükafata layiq görülüb.
Yasikyaviçyus basketbolçu kimi Avroliqanı qazanan və daha sonra mövsümün ən yaxşı məşqçisi seçilən ilk şəxsdir. O həm də müntəzəm çempionatdan sonra bu mükafata layiq görülən ilk litvalı mütəxəssisdir.
Yasikyaviçyus basketbolçu kimi 2004 və 2005-ci illərdə İsrailin "Makkabi Tel-Əviv", 2009-cu ildə isə Yunanıstanın "Panatinaikos" komandası ilə Avroliqanı qazanıb.
Qeyd edək ki, "Fənərbağça" cari Avroliqa turnirində 23 qələbə və 11 məğlubiyyətlə ikinci yeri tutub.