
İspaniyanın "Real Madrid” klubunun futbolçusu Kilian Mbappe 1 oyunluq cəzalanıb.
Sportnet.az xəbər verir ki, fransalı hücumçu La Liqada komandasının növbəti matçını buraxacaq.
O, “Alaves”lə qarşılaşmada qırmızı vərəqə aldığına görə diskvalifikasiya olunub.
Mbappe XXXII turun “Atletik”lə vacib oyununda komandasına kömək edə bilməyəcək.