
Özbəkistanın 17 yaşadək futbolçulardan ibarət (U-17) yığma komandası Asiya Kubokunun finalına vəsiqə qazanıb.
Sportnet.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən yarımfinal matçında özbəklər Şimali Koreya komandasını böyük hesabla məğlub edib – 3:0.
Özbəkistan millisi aprelin 20-də keçiriləcək final görüşündə meydan sahibi Səudiyyə Ərəbistanı yığması ilə qarışılaşacaq.
Ərəblər yarımfinalda Cənubi Koreya yığmasına penaltilər seriyasında (1:1, penaltilərlə 3:1) qalib gəliblər.