
Elşən MƏMMƏDOV
"Neftçi"nin baş məşqçisi Samir Abasov gəl-gəl deyir. Bilib-bilmədən qovulması üçün münbit zəmin hazırlayır.
Ötən gün "Araz-Naxçıvan"la oyunda sarı vərəqə aldı. Amma onun dərdi başqa cəzadır. İstəyir ki, AFFA İntizam Komitəsi hakimlik əleyhinə sərt sözlərinə görə bir neçə oyunluq diskvalifikasiya etsin.
V"AR-ı rədd etmək lazımdır" dedi, dəyən olmadı. İndi də açıqlama verib ki, hakimlər "Neftçi"nin birtərəfli idarə edirlər.
Yəni, sərt açıqlamalarının dozasını turdan-tura artırır.
Amma Bassala Sambuya qırmızı vərəqə verilməsinin səbəbinin "Sabah"la kubok oyunlarını buraxmasından ötrü olduğunu deməyə tam cəsarəti çatmayıb. Yəni, daha cəsarətli olsaydı, deyərdi ki, AFFA "Sabah"ı dartır, qırmızı vərəqə də buna görə göstərilib.
Güman ki, əlində son "kozır" kimi yarımfinal oyunlarından sonraya saxlayıb. "Neftçi" "Sabah"ı keçə bilməsə, çırpacaq kimlərinsə üzünə.
Ondan sonrası da hamıya məlumdur. "Neftçi" kuboksuz, Abasov isə istefa təhlükəsi ilə üz-üzə qalacaq.
Beləliklə, postundan uzaqlaşdırılması üçün münbit zəmini indidən yetişdirir.
"Neftçi" üç ildir "Sabah"ı özünə böyük qardaş seçib. Son iki mövsümdə böyük qardaşını özündən irəli buraxıb. Bu mövsüm də çempionatda vəziyyət belədir, kubokda da olsa, deməli, Samir Abasovun bundan xəbəri yoxdur.
Ya da özünü bilməzliyə qoyur...
Azərbaycan millisinin Elvin Cəfərquliyev boyda dərdi var. Samir Abasov millinin baş.məşqçi olsa, bu dərdin dərmanı tapılacaq. Qırmızı vərəqəni Elvinə yox, özünə verdirəcək.