
Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi şəhərinə səfəri zamanı şəhər stadionunun yenidənqurma işləri ilə maraqlanıb.
Nazirliyim mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, burada stadionun meydança və tribunalarının tikinti işləri barədə məlumat alan Qayıbov təmir‑bərpa işlərinin vaxtında və keyfiyyətlə tamamlanması barədə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək.