Azərbaycan I Liqasında çıxış edən “Qəbələ” komandası mövsümdə ilk məğlubiyyətini alıb.

 

Sportnet.az xəbər verir ki, bölgə təmsilçisi XXII turda səfərdə “İmişli”yə uduzub - 0:1.

 

Yeganə qolu 7-ci dəqiqədə meydan sahiblırinin kapitanı Elmir Rəhimzadə vurub.

 

Qonaq komandanın məğlubiyyətdən xilas olmaq üçün xeyli vaxtı olsa da, bunu bacarmayıb. Final fiti səslənməmiş "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze meydanı əsəbi halda tərk edib.

 

Qeyd edək ki, "Qəbələ" qələbə qazanacağı və ya heç-heçə edəcəyi təqdirdə, sona 5 tur qalmış çempionluğu rəsmiləşdirəcəkdi. Hazırda isə “qırmızı-qaralar” 55 xalla ən yaxın qonşusu “imişli”nı 14 xal qabaqlayır. Üçüncü pilləyə enən "Karvanın 40 xalı var.

Qeyd edək ki, “Qəbələ” I Liqanın XX turunda səfərdə “Bakı-Sportinq”i 5:0 hesabı ilə məğlub edərək Premyer Liqaya vəsiqəni təmin edib.