
ABŞ-nin "İnter Mayami" klubunun və Argentina millisinin futbolçusu Lionel Messi gələcəyi ilə bağlı sualı cavablandırıb.
Sportnet.az xəbər verir ki, 38 yaşlı hücumçu hazırda bu il keçiriləcək klublararası Dünya çempionatını fikirləşdiyini bildirib.
"Diqqətimi indiki zamana yönəldirəm. Amma Dünya Kuboku haqqında düşünmədiyimi desəm, yalan danışmış olaram.
Bəli, bu barədə düşünürəm. Bu il gələcəyimlə bağlı qərarlar qəbul etmək baxımından vacib olacaq.
Mən düzgün ritm, ardıcıllıq tapmaq istəyirəm"- deyə Messi "X" sosial şəbəkə hesabında sitat gətirib.
Qeyd edək ki, klublararası dünya çempionatı 15 iyun – 13 iyulda Amerika Birləşmiş Ştatlarında baş tutacaq. Turnirdə 32 komandanın iştirakı planlaşdırılır.