
Türkiyənin "Qalatasaray" komandası Super Liqanın XXXII turunda "Bodrumspor"u qəbul edib.
Sportnet.az xəbər verir ki, "RAMS Park"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 29-cu dəqiqədə Lukas Torreyra açıb. 81-ci dəqiqədə isə Davinson Sançes yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə sayəsində "Qalatasaray" 30 oyundan 77 xalla liderliyini möhkəmlədib. 29 oyundan 71 xala malik "Fənərbağça" ikinci yerdə gedir. "Bodrumspor" 34 xalla 14-cüdür.