
ABŞ-nin "İnter Mayami" klubunun və Argentina millisinin futbolçusu Lionel Messi İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiolanın fəaliyyətindən danışıb.
Sportnet.az xəbər verir ki, 38 yaşlı hücumçu ispaniyalı mütəxəssisin müasir futbola necə zərər vurması ilə bağlı sualı cavablandırıb.
"Qvardiola başqa bir dünyadır. Heç kimin görmədiyini görür. Futbolu dəyişdi. Hamı bizi təkrarlamaq istəyirdi. Əslində, bu yolla o, istəmədən oyunu korladı: insanlar bunu necə edəcəyini anlamadan bizim "Barselona" kimi oynamağa çalışırdılar.
Yarımmüdafiədə Xavi, İnyesta və Busketsdən ibarət xüsusi komandamız var idi. Məşqçi və futbolçuların mükəmməl birləşməsi"- deyə ulduz futbolçu qeyd edib.
Qeyd edək ki, 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edən Lionel Messi bütün turnirlərdə 49 matçda iştirak edib, 42 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonunadəkdir.