
"Qarabağ"ın futbolçusu Kadi Borges komandanın azarkeşlərinə müraciət edib.
Sportnet.az saytının məlumatına görə, bu barədə Ağdam klubunun mətbuat xidməti açıqlama yayıb.
28 yaşlı yarımmüdafiəçi azarkeşləri Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasının 31-ci turunda "Neftçi"yə qarşı keçirəcəyi matça dəvət edib:
"Salam, "Qarabağ" azarkeşləri! Kadi sizi salamlayır.
Qarşıdakı oyuna gəlib bizi dəstəkləməyinizi gözləyirik. Çünki siz bizim üçün çox önəmlisiniz. Siz bizi stadiondan dəstəkləyəndə inanılmaz dərəcədə fərq hiss edirik. Oyuna gəlin, birlikdə qələbə qazanaq!"
Qeyd edək ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Neftçi” matçı saat 20:00-da başlayacaq.