
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Almaniyada “Borussiya” (Dortmund) komandası ispaniya “Barselona”sına 3:1 hesabı ilə qalib gəlib. Lakin "Barselona" ilk matçda 4:0 hesabı ilə qalib gəldiyi üçün ümumi nəticədə mərhələ adlayıb.
Gecənin digər görüşündə "Aston Villa" İngiltərədə Fransa PSJ-sindən üstün olub - 3:2. Lakin ilk matçda PSJ 3:1 hesablı qələbə qazandığından, adını yarımfinala yazdırmağı bacarıb.
Mərhələnin digər 2 oyunu aprelin 16-da keçiriləcək.
Çempionlar Liqası
1/4 final, təkrar oyunlar
15 aprel
54 (öz qapısına)
İlk oyun: 0:4
23:00. “Aston Villa” (İngiltərə) – PSJ (Fransa) - 3:2
Qollar: Yuri Tilemans, 34. Con MakGinn, 55. Ezri Konsa, 57 - Aşraf Hakimi, 11. Nunu Mendeş, 27
İlk oyun: 1:3.