
Azərbaycan boksçusu Fərid Sadıqov dopinqə görə 48 aylıq diskvalifikasiya olunub.
Sportnet.az Azərbaycan Milli Antidopinq Agentliyinin rəsmi saytına istinadən xəbər verir ki, idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu aşkarlanıb.
O, qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə görə də cəzalandırılıb.
Sadıqovun cəzasının qüvvəyə minmə tarixi 2024-cü il yanvarın 1-i göstərilib. Sanksiyanın müddəti 2028-ci il yanvarın 1-nə qədərdir (Report).