
Qəbələ - Xankəndi ultramarafonunda birinci mərhələnin qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Qəbələ - Ağdaş marşrutu üzrə finişə Türkiyə təmsilçisi Üzeyir Söylemez birinci çatıb.
Onun həmyerlisi Ömər Alkanoğlu ikinci, Gürcüstan təmsilçisi Giorgi Lomidze üçüncü yeri tutub.
Qadınlardan isə Ukrayna təmsilçisi Olena Şevçenko ən yaxşı nəticəni göstərib. Türkiyədən olan Hasibe Demir ikinci, moldovalı Svetlana Şepelyova üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, ilkin mərhələdə 81 atlet Qəbələdən Ağdaşadək 55 km məsafəni qaçıb.