
İtaliyanın “İnter” klubu braziliyalı futbolçu Luis Enrikeni 25 milyon avroya transfer etmək istəyir.
Sportnet.az “La Gazetta Della Sport”a istinadən xəbər verir ki, Fransanın “Olimpik Marsel” klubunun 24 yaşlı yarımmüdafiəçisinin bu yay baş tutacaq klublararası dünya çempionatınadək alınması nəzərdə tutulub.
Lakin Fransa təmsilçisinin tələbi təxminən 35 milyon avrodur. Braziliyalı oyunçu ilə Almaniyanın “Bavariya” klubunun da yaxından maraqlandığı deyilir. Lakin futbolçunun özü "İnter"in əklifinə isti yanaşır.
Qeyd edək ki, 2020-ci ildən “Olimpik Marsel”də çıxış edən Luis Enrikenin müqaviləsi 2028-ci ilin yayında bitəcək.
Klublararası dünya çempionatı 15 iyun – 13 iyulda Amerika Birləşmiş Ştatlarında baş tutacaq. Turnirdə 32 komanda iştirak edəcək.