
İngiltərənin "Tottenhem" klubunun futbolçusu Ceyms Meddison ağır zədə alıb.
Sportnet.az xəbər verir ki, yarımmüdafiəçi Avropa Liqasının 1/4 final mərhələsində Almaniyanın “Ayntraxt” klubu ilə cavab oyununda (0:1) başından zədələnib.
Matçın 39-cu dəqiqəsində rəqib qapıçı Kaua Santos sürətli uçuşla 29 yaşlı futbolçuya zərbə endirib.
Nəticədə Maddison görüşü davam edə bilməyib. Baş hakim Santosa sarı vərəqə və penalti nöqtəsini göstərib. Penaltini Dominik Solanke dəqiq yerinə yetirib.
Meddison isə Deyan Kulusevsk ilə əvəzlənib.
Bu qol isə oyunda yeganə olub. İlk matçda 1:1 hesablı heç-heçə etmiş "Tottenhem" Cavab görüşündə 1:0 hesablı səfər qələbəsi ilə yarımfinala yüksəlib. Finala gedən yolda rəqib Norveçin "Budö Qlimt" komandası olacaq.