
Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Nürnberq" komandasının heyətində Almaniya II Bundesliqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, 28 yaşlı hücumçu XXX turda evdə "Paderborn"a qarşı forma geyinib.
Matça start heyətində başlayan Emreli artıq 2-ci dəqiqədə hesabı açıb. Lakin "Nürnberq" sonradan 3 top buraxıb. 90+3-cü dəqiqədə səhnəyə yenidən azərbaycanlı forvard çıxaraq, özünün və komandasının ikinci qolunu vurub. Lakin "Nürnberq" məğlubiyyətdən yaxa qurtara bilməyib - 2:3.
Emreli isə oyunu sonadək əvəzlənmədən keçirib.
Qeyd edək ki, bu nəticədən sonra "Nürnberq" 44 xalla 8-ci pillədə yer alıb, "Paderborn" isə 48 xalla 8-ci pilləyə yüksəlib.