
Qazaxıstanda mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Sportnet.az KazTAG-a istinadən xəbər verir ki, mikroavtobusun salonunda 14-16 yaşlı 16 uşaq və onların futbol məşqçisi Alibek Jusupov olub.
İlkin məlumata görə, sürücü yük avtomobilini ötərkən idarəetməni itirib və nəticədə mikroavtobus aşıb. Hadisə nəticəsində məşqçi dünyasını dəyişib.
Yeniyetmələr idman yarışları üçün Pavlodardan Astanaya gedirdilər.
Uşaqlar tibb müəssisəsinə aparılıb və həkimlərin nəzarətindədirlər. Faktla bağlı cinayət işi açılıb.