
İtaliya milli komandasının sabiq futbolçusu Andrea Konti karyerasını bitirib.
Sportnet.az xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.
Sağ cinah oyunçusu karyerası boyunca bir çox zədədən əziyyət çəkib.
Konti vətənində "Atalanta" və "Milan" kimi məşhur komandaların şərəfini qoruyub. O, son olaraq 2024-cü ilin yayında ayrıldığı "Sampdoriya"da çıxış edib.
Qeyd edək ki, Andrea Konti İtaliya yığmasının
heyətində 1 oyunda iştirak edib.