
”Neftçi" basketbol klubu amerikalı oyunçusu De Ancelo Stüart ilə yollarını ayırıb.
Paytaxt təmsilçisindən Sportnet.az-a verilən məlumata görə, onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Neftçi” De Ancelo Stüarta göstərdiyi xidmətlərə görə minnətdarlığını bildirərək gələcək fəaliyyətində uğurlar arzulayıb.