
Bu gün "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək Azərbaycan Premyer Liqasının XXXI tur matçına satılan bilet sayı açıqlanıb.
Ağdam klubunun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, indiyədək 5 300 bilet sahibini tapıb.
Satış iTicket.az üzərindən onlayn şəkildə və ya Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında aparılır. Arenanın qapıları matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, saat 20:00-da başlanacaq görüşün yekununda "Qarabağ" qələbə qazanacağı təqdirdə, tarixində 12-ci dəfə Azərbaycan çempionu olacaq.