
İspaniya La Liqasının 32-ci turunda lider “Barselona” yerli azarkeşləri önündə “Selta” üzərində əzmkar qələbə qazanıb – 4:3.
Sportnet.az xəbər verir ki, Kataloniya təmsilçisi matçın gedişində hesabda 1:3 geriyə düşsə də, sonda istəyinə çatıb. Qələbə qolunu 90+8-ci dəqiqədə Rafinya penaltidən vurub.
La Liqada turun mərkəzi oyununda sabah “Real Madrid” öz meydanında “Atletik Bilbao”nu qəbul edəcək.
Çətin qələbədən sonra xal ehtiyatını 73-ə çatdıran (32 oyun) “Barselona” çempionluğa xeyli yaxındır. “Real Madrid” 66 xalla (31 oyun) 2-ci yerdədir. “Real”a qarşı ciddi müqavimət göstərən “Selta” 43 xalla (32 oyun) 7-ci sırada mövqe tutub.