
“Turan Tovuz”un braziliyalı futbolçusu Joarlem Batista üçün mövsüm erkən bitib.
Sportnet.az xəbər verir ki, buna səbəb 30 yaşlı hücumçunun Azərbaycan Premyer Liqasında XXXI turun “Araz-Naxçıvan”la səfər oyunundan bir gün əvvəl məşqdə zədələnməsidir.Onun tezliklə əməliyyat olunacağı gözlənilir.
Qeyd edək ki, yanvarda Portuqaliyanən “Çaves” klubundan transfer olunan Batista “Turan Tovuz”un heyətində 7 matça çıxıb, 1 qol vurub.