
Xorvatiya millisinin sabiq futbolçusu Nikola Pokrivaç yol qəzasında dünyasını dəyişib.
Sportnet.az-ın Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi 39 yaşında həyatını itirib.
Qəza cümə günü Karlovakda dörd minik avtomobilinin toqquşması nəticəsində baş verib. Pokrivaç da daxil olmaqla iki nəfər ölüb, daha üç nəfər xəstəxanaya aparılıb.
Qeyd edək ki, Nikola Pokrivaç karyerası ərzində vətənində "Dinamo Zaqreb", "Riyeka", Fransada "Monako" kimi klublarda çıxış edib. O, yığma komanda ilə 14 oyunda meydana çıxıb.