
2025/2026 mövsümü üçün heyət çalışmalarına start vərəm "Sumqayıt" klubu futbolçusu Roi Kehatla yeni müqavilə bağlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə daha 2 il müddətinə anlaşma əldə olunub.
Qeyd edək ki, 2023/2024 mövsümündən "Sumqayıt"da çıxış edən Roi Kehat ümumilikdə 69 qarşılaşmada meydana çıxıb. İsrailli yarımmüdafiəçi bu matçlarda 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.