
"Neftçi" komandası səfərdə "Qarabağ"a qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XXXI tur matçında itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, 49-cu dəqiqədə Rafael Quzzo oyun epizodunda zədələnib.
Oyuna davam edə bilməyən portuqaliyalı yarımmüdafiəçi Emin Mahmudovla əvəzlənib.
Qeyd edək ki, hazırda "Neftçi" 0:3 hesabı ilə məğlub olur.