
İngiltərənin "Mançester Yunayted" klubu "Sauthempton"un futbolçusu Tayler Diblinqi heyətinə qatmaq niyyətindədir.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" UEFA Avropa Liqasının çempionu olacağı təqdirdə əldə edəcəyi 80 milyon funt-sterlinqi 19 yaşlı cinah oyunçusunun transferinə xərcləyəcək.
"Sauthempton" ingilis futbolçusunun üçün 100 milyon funt-sterlinq tələb edir.
"Mançester Yunayted" Avropa Liqasının yarımfinal mərhələsində İspaniyanın "Atletik Bilbao" komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, Tayler Diblinq cari mövsüm ərzində meydana çıxdığı 33 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.