UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçisi "Samsunspor" İspaniyada "Rayo Valyekano" ilə üz-üzə gəlib.
Görüş "Samsunspor"un qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 65-ci dəqiqədə Şerif Ndiaye vurub.
Lakin bu qələbə Türkiyə komandasının 1/4 finala yüksəlməsi üçün yetərli olmayıb. İlk matçda 3:1 hesablı qələbə qazanmış "Rayo Valyekano" iki oyunun yekununda üstün tərəf kimi növbəti mərhələyə vəsiqə qazanıb.
Beləliklə, qardaş ölkənin sonuncu təmsilçisi də avrokuboklarla vidalaşıb.
Əvəzində türk baş məşqçi Arda Turanın rəhbərlik etdiyi Ukraynanın "Şaxtyor Donetsk" komandası cavab görüşündə Polşa "Lex"inə 1:2 hesabı ilə uduzmasına baxmayaraq, ilk matçda 3:1 hesablı qələbə qazandığından, iki oyunun yekununda 1/4 finala çıxıb.
UEFA Konfrans Liqası
1/8 final, cavab oyunları
19 mart
21:45. "AEK Larnaka" (Kipr) – "Kristal Pelas" (İngiltərə) - 1:2 (ƏSAS VAXT - 1:1, ƏLAVƏ VAXT - 0:1)
İlk oyun – 0:0
21:45. "Rakuv" (Polşa) – "Fiorentina" (İtaliya) - 1:2
İlk oyun – 1:2
21:45. "AEK Afina" (Yunanıstan) – "Tsele" (Sloveniya) - 0:2
İlk oyun – 4:0
21:45. "Maynts 05" (Almaniya) – "Siqma" (Çexiya) - 2:0
İlk oyun – 0:0
00:00. "Şaxtyor Donetsk" (Ukrayna) – "Lex" (Polşa) - 1:2
İlk oyun – 3:1
00:00. "Sparta Praqa" (Çexiya) – "AZ Alkmaar" (Niderland) - 0:4
İlk oyun – 1:2
00:00. "Rayo Valyekano" (İspaniya) – "Samsunspor" (Türkiyə) - 0:1
İlk oyun – 3:1
00:00. "Strasburq" (Fransa) – "Riyeka" (Xorvatiya) - 1:1
İlk oyun – 2:1













































































