Portuqaliya "Benfika"sının baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasında İspaniya "Real Madrid"inə qarşı pley-off mərhələsinin cavab görüşünü mətbuat studiyasından izləmək istəməyib.
Sportnet.az "Record" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşılaşmaya klub avtobusundan tamaşa edib.
1:2 hesablı məğlubiyyətə rəğmən, qarşılaşmanın ardından o, azarkeşlərlə ünsiyyətdə olub, avtoqraflar verib və şəkillər çəkdirib. "El Chiringuito TV" onun avtobusdan çıxaraq, azarkeşlərlə görüşməsini videoya çəkib.
Qeyd edək ki, "Real Madrid" Portuqaliyadakı ilk görüşdə 1:0, cavab qarşılaşmasında 2:1 hesabı ilə qalib gəlib. Birinci oyunda qırmızı vərəqə aldığı üçün Mourinyo təkrar matçı texniki zonadan izləyə bilməyib.












































































