“Düşünürəm ki, iki fərqli oyun keçirdik. İlk matç yaxşı alınmamışdı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir İngiltərədə "Nyukasl"a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
Fransalı yarımmüdafiəçi bildirib ki, bu gecə yaxşı futbol göstərmək və əsl "Qarabağ"ı nümayiş etdirmək istəyiblər: "Məncə, bunu bacardıq. Cavab qarşılaşmasında xarakter nümayiş etdirdik".
Zubir xüsusilə ikinci hissədəki performansdan razı qaldığını bildirib: “İkinci hissə möhtəşəm idi, xüsusilə də azarkeşlərimiz üçün. Yaxşı futbol oynadıq və iki qol vurduq. İlk oyundan sonra bu, çox vacib idi. Matça istədiyimiz kimi başlamamışdıq. Bu, asan deyildi. Amma sonradan çox yaxşı reaksiya verdik".
Qeyd edək ki, ilk matçda "Nyukasl"a 1:6 hesabı ilə uduzan "Qarabağ" iki oyunun nəticəsində mübarizəni dayandırıb.













































































