Türkiyənin "Qalatasaray" klubu 2019/2020 mövsümünə titulla başlayıb.
Sportnet.az-ın məlumatına görə, "sarı-qırmızılar" ölkə Super Kuboku uğrunda görüşdə "Akhisarspor"u üstələyiblər - 1:0. Ankarada keçirilmiş görüşdə yeganə qolu 38-ci dəqiqədə Yunes Belhanda vurub.
Qeyd edək ki, "Qalatasaray" 2018/2019 mövsümündə həm Türkiyə çempionluğu, həm də ölkə kubokunu qazanıb. "Akhisarspor" isə kubokda finalçı olub.