İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal əldə edib.
Sportnet.az-ın xəbərinə görə, 71 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 147 kq nəticə ilə ikinci yeri tutub.
Təkanla qaldırmada 180 kq nəticə göstərən Rüstəmov bu hərəkətdə 4-cü olub.
Toplam 327 kq nəticə ilə yarışı 4-cü pillədə başa vurub.

















































































