"Çox çətin mərhələ idi. Birinci hissədə 3 metrlik ara yarandı. O aranı qapada bildim və komandam üçün çox vacib nailiyyət əldə etdim".
Sportnet.az-ın məlumatına görə, bunu Bakı - Xankəndi Azərbaycan Velosiped Yarışının IV mərhələsinin qalibi olan italiyalı velosipedçi Marko Manenti deyib.
"Bardiani Saber" klubunun üzvü son mərhələnin çətin keçəcəyini bildirib: "Komanda olaraq, ən yaxşı sprinter köynəyini əlimizdə saxlamağa çalışacağıq. Bu, peşəkar velosiped idmanında ilk qələbəmdir. Əsas çətinlik temperatur idi. Çünki İtaliyada belə isti yoxdur".
Manenti Azərbaycana bağlandığını da bildirib: "Düşünürəm ki, mən Azərbaycanı, Azərbaycan məni sevdi. Burada həqiqətən də gözəlliklər gördüm".
O, İtaliyada sevdiyi futbol komandasının "İnter" olduğunu da söyləyib.

















































































