1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qazaxıstan himni səsləndirilərkən ağladı
Qazaxıstana 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ilk qızıl medalı qazandıran Azərbaycan yığmasının sabiq ağırlıqqaldıranı Nicat Rəhimov mükafatlandırma mərasimində göz yaşlarına hakim ola bilməyib. Sportnet.az-ın məlumatına görə, 23 yaşlı idmançı Qazaxıstan himni səsləndirilərkən, ağlayıb.
"Xabar" telekanalına açıqlamasında Rəhimov emosiyalarını saxlaya bilməməsinin səbəbini belə izah edib: "Olimpiya çempionunun özünü necə hiss etdiyini hələ bilmirəm. Ona görə ağlayırdım ki, uşaqlıqdan keçdiyim yolu, necə məşqə başladığımı, necə çalışdığımı xatırlayırdım. Bunu sözlə ifadə edə bilmərəm. Ona görə də ağladım, özümü saxlaya bilmədim.
Gənc idmançı deyib ki, "körpücük" üzərinə çıxanda heç nə fikirləşməyib: "Bir il əvvəl məşqlərdə 214 kq-ı qaldırırdım. Lakin olimpiadaya hazırlıq dövründə bu, baş verməmişdi. Çempionluq yanaşması üçün "körpücük" üzərində çıxanda başqa heç nə fikirləşmədim. Yalnız "bu ağırlığı qaldırmalıyam" dedim. Birdən qaldırmadan narahat deyildim. Çünki bu, məndə zəifdir. Biz məhz güclü tərəfim olan təkanla qaldırmaya hazırlaşmışdıq. Bu çalışmada kim güclüdürsə, o da qalib gəlir".
Qeyd edək ki, Nicat Rəhimov 77 kq çəki dərəcəsində olimpiya çempionluğunu təkanla qaldırmada dünya rekordu ilə qazanıb.