1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Boksçumuz finalda uduzdu - YENİLƏNDİ
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Lorenso Sotomayor final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 64 kq çəki dərəcəsində baş tutan qarşılaşmada rəqib özbəkistanlı Fazliddin Qaibnazarov olub.
İlk raundda Sotomayor rəqibindən üstün olub. İkinci raundda Qaibnazarovu 3 hakimdən 2-si üstün sayıb. Üçüncü raundda isə özbəkistanlı boksçu daha üstün sayılıb.
Beləliklə, Lorenso Sotomayor Azərbaycana "Rio-2016"da ikinci qızıl medalı qazandıra bilməyib. Yeganə qızıl medalı isə taekvondoçu Radik İsayev (+80 kq) əldə edib.
---------
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının son günündə Azərbaycanın 4 idmançısı çıxış edəcək.
Sportnet.az-ın məlumatına görə, onlar 3 növdə mübarizə aparacaqlar.
İlk olaraq, dünya və 3 qat Avropa çempionu, "Bakı 2015" I Avropa Oyunlarının qalibi Xetaq Qazyumov döşək üzərinə çıxacaq. 97 kq çəki dərəcəsində çıxış edəcək 33 yaşlı idmançının 1/16 finaldakı rəqibi polşalı Radoslav Baran olacaq. Əvvəlki 2 olimpiadada bürünc medal qazanmış Qazyumovun Rio-da ilk görüşü Bakı vaxtı ilə saat 15:46-da başlanacaq. Bu görüşün qalibi növbəti mərhələdə Məhəmməd Əli Reza Yazdani (İran) - İbrahim Bölükbaşı (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.
Saat 15:54-də olimpiya çempionu Toğrul Əsgərovun ilk görüşü başlanacaq. Onun 1/8 finala təsadüf edəcək qarşılaşmada rəqibi ukraynalı Andrey Kvyatkovski olacaq.
Saat 16:30-da atlet Evans Kiplaqat Barkovet marafon qaçışı üçün start xəttinə çıxacaq. Qaçışda 155 marafonçu iştirak edəcək.
Nəhayət, saat 22:00-da boksçu Lorenso Sotomayor 64 kq çəki dərəcəsində final döyüşünü keçirəcək. Onun rəqibi isə özbəkistanlı Fazlidin Qaibnazarov olacaq. Qabnazarov 2015-ci il dünya çempionatında Sotomayorun 1/4 finalda yenildiyi rusiyalı Vitali Dunaytsevə finalda uduzaraq, gümüş medal qazanıb.