1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiya çempionu millidən qovuldu
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi Kianuş Rostami ağırlıqqaldırma üzrə İran milli komandasının heyətindən kənarlaşdırılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Səccad Anuşiravani qərar verib.
O bildirib ki, səbəb Rostaminin məşqlərə qatılmamasıdır. Anuşiravarani 26 yaşlı atletin 24 - 28 apreldə Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Asiya çempionatında və 12 - 22 mayda Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməyəcəyini vurğulayıb.
Qeyd edək ki, 85 kq çəki dərəcəsində çıxış edən Kianuş Rostami "Rio-2016"da iki hərəkətin cəmində 396 kq ağırlığın öhdəsindən gələrək, rekord müəyyənləşdirib. O, 2012-ci il London olimpiadasında isə bürünc medal qazanıb.