İsrailin Eylat şəhərində 15 - 17 yaşadək yeniyetmə ağırlıqqaldıranlar arasında keçirilən Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yaşı 17-dək olan atletlərdə 96 kq çəki dərəcəsində Azərbaycanın iki atleti – Tarmenxan Babayev və Əli Şükürlü qüvvələrini sınayıbar. Şükürlü toplam 306 kq (140+166) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub. Babayev birdən qaldırma hərəkətində 145 kq nəticə ilə 4-cü pillədə qərarlaşıb. O, təkanla qaldırma hərəkətində isə 181 kq nəticə ilə 3-cü yeri tutaraq Avropa birinciliyinin bürünc medalını qazanıb. Toplam 326 kq (145+181) nəticə ilə Babayev yekun sıralamada 4-cü yeri tutub.
Qeyd edək ki, Avropa çempionatında 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.