Azərbaycanın iki atleti Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəliblər.
Sportnet.az-ın məlumatına görə, Yelena Pextireva və Yekaterina Sariyeva uzunluğa tullanma yarışı üzrə təsnifat mərhələsində müvafiq olaraq, 5.92 və 5.98 nəticə göstəriblər.
İdmançıların final çıxışları avqustun 9-da olacaq.