
Azərbaycan para-pauerliftinqçisi Zəhra Dadaşova Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Açıq Avropa Çempionatının qalibi olub.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 50 kq çəkidə yer alan Dadaşova həm də Regional Avropa çempionatının qızıl medalını qazanıb.
Onun ən yaxşı nəticəsi 66 kq, ümumi göstəricisi isə 126 xal olub.