
"Dünya Kubokunda Azərbaycan atıcılarına güvənimiz sonsuzdur".
Sportnet.az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək Dünya Kubokundan əvvəl təşkil olunan mətbuat konfransında Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova deyib.
Olimpiya çempionu yarış iştirakçılarına uğurlar arzu edib: "Bizi qarşıda maraqlı, 11 gündən ibarət yarış gözləyir. Ümid edək ki, idmançılarımız bizi sevindirəcəklər. Burda sizinlə birlikdə olmaqdan çox xoşbəxtəm".
Qeyd edək ki, Dünya Kuboku mayın 2-dən 11-dək təşkil olunacaq.