Azərbaycan ağırlıqqaldıranı Elman Kurdanov Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında Avropa çempionatında 3 medal qazanıb.
Sportnet.az xəbər verir ki, atlet birdən qaldırmada 100 kq-ı ram edərək bürünc medala sahib çıxıb.
Təkanla qaldırmada124 kq-ı başı üzərinə qaldıran idmançı gümüş medal əldə edib. Toplam 224 kq (100+124) nəticə ilə Elman yekun sıralamada da gümüş medal qazanıb.
Qeyd edək ki, yarışda 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançı iştirak edir.