4 qat olimpiya çempionu Maykl Conson Bakı Bulvarında Olimpiya Günü tədbirlərində iştirak etmək, gənc və qələbəyə iddialı azərbaycanlı idmançılarla görüşmək üçün Bakıda olub. Sportnet.az-ın məlumatına görə, Conson əvvəlcə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) əsas ofisinə baş çəkib.
O, BEGOC-un işçi heyəti, eləcə də iki olimpiyaçı ilə görüşüb. Ardından qonaq gələn ilin yayında keçiriləcək Avropa Oyunları zamanı 9000-dən çox idmançı və rəsmi şəxsləri özündə yerləşdirə biləcək yenicə inşa edilmiş Bakı2015 Atletlər Kəndinə də gedib. Conson hazırda tikilməkdə olan Milli Stadiona da baxıb.

Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bakı 2015-in baş ofisində dünyanın ən böyük olimpiyaçılarını salamlamaq və onları ilk Avropa Oyunlarına hazırlıq işlərimizin gedişatı ilə tanış etmək bizim üçün şərəfdir. Conso dünya Oyunları barədə misilsiz biliyə malikdir. Odur ki, burada, BEGOC-da bizim heyətimizlə öz təcrübəsi ilə bölüşmək və Azərbaycanın qələbəyə iddialı gələcək idmançılarına məsləhətlərini vermək üçün bu, əla imkan idi".
Conson isə Bakıda olmaqdan və Azərbaycanda idman üçün artan həvəsə şahidlikdən zövq aldığını deyib: "Oyunları qəbul etmək ilhamlandırır, mən bunu çox yaxşı başa düşürəm. I Avropa Oyunları azərbaycanlı idmançılara uğur əldə etməyə və tarixi yazmağa fantastik bir imkandır".
Qeyd edək ki, Maykl Conson atletika tarixində ən böyük və ən sabit sprinterlərdən sayılır. O, hazırda 400 metr məsafəyə qaçış üzrə olimpiya və dünya rekordlarının sahibidir. Conson eyni zamanda, 1996 - 2008-ci ilədək 200 metr məsafəyə qaçış üzrə olimpiya və dünya rekordlarını qazanıb.