
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub. Sportnet.az-ın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, 70 minə yaxın tamaşaçı tutumuna malik stadion müasir memarlıq üslubu ilə seçiləcək və bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq.
Beynəlxalq standartlar əsasında tikilən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Əsas və köməkçi stadionlardan, mexaniki binadan ibarət olacaq idman qurğusunda VIP, CIP, media, habelə, əlil tamaşaçılar üçün bölmələr nəzərdə tutulub.