"Hələlik 2024-cü il Yay Olimpiya Oyunlarına Bakının namizədliyinin irəli sürülməsi ilə bağlı qərar verilməyib". Sportnet.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, belə qərarlar ölkə rəhbərliyi səviyyəsində qəbul edilir.
Nazir yarışlar üçün tikilən obyektlər barədə də məlumat verib: "Tikilməkdə olan və ya istifadəyə verilmiş obyektlərlə tanışlıq sarıdan heç bir maneə, problem görmürəm. Hansı keyfiyyət və sürətlə işlərin aparıldığına şahidlik edə bilərsiniz. İnnovativ addım ataraq, yarış məkanlarında sponsorları nümayiş etdirəcəyik. Yay Olimpiya Oyunları ilə müqayisədə, çalışacağıq ki, test yarışları beynəlxalq olsun. Gələn il fevralın 1-də bir neçə idman qurğusunun açılışı olacaq. Sonradan qalan 4 ay müddətində test yarışları keçiriləcək. Bu, mütləq şərtdir. Avropa Oyunlarında heç bir problem olmamalıdır. Yeni obyektdə hər cür sürpriz ola bilər. Çünki yeni avadanlıqlar quraşdırılıb”.
Rəhimov ölkədə beynəlxalq yarışların keçirilməsinin önəmini də vurğulayıb: Azərbaycanda 2015-ci il Avropa Oyunlarının, Formula-1 keçirilməsi, 2016-cı ildə Şahmat olimpiadası və 2017-ci il İslam Oyunlarının, 2020-ci il Avropa çempionatının keçirilməsi bizə imkanlar yaradacaq. Bunlar bizim üçün gözəl şansdır. Amma qərar ölkə rəhbərliyi səviyyəsində verilir. Amma hələ qərar verilməyib”.