1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Oyunlarına bilet satacaq şirkət müəyyənləşdi
Bakı 2015 Avropa Oyunlarının sponsor proqramında Rəsmi Bilet Satışı Tərəfdaşı kimi Tickethour şirkəti çıxış edəcək. Sportnet.az-ın məlumatına görə, Tickethour müasir proqram təminatı sistemini və idarəetmə komandasını təmin edəcək.
Bununla da Bakı 2015-ə Avropanın yeni çoxsaylı idman yarışları ilə bağlı təxminən 1 milyon bilet satmaq imkanı yaradacaq. Bakı 2015 üçün bilet satışı proqramına gələn il başlanılacaq. Şirkət şəhərin mərkəzində yerləşdirilən bilet kassaları ilə yanaşı, biletlərin yalnız onlayn satışına cavabdeh olacaq. Oyunlar 19 idman növü üzrə olmaqla və 20 müxtəlif idman obyektlərində 320-dən artıq idman sessiyaları baş tutmaqla 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Tickethour şirkətini Avropa Oyunları ilə bağlı bütün bilet satışı xidmətlərinin təchizatçıları kimi Rəsmi Tərəfdaş sponsorları sırasında salamlamaqdan şad olduqlarını bildirib: "Bizi qarşıda yalnız 12 aydan sonra həyata keçirilməli olan belə bir mürəkkəb bilet satışı əməliyyatının gözlədiyini nəzərə alsaq, özümüzü xoşbəxt hiss edə bilərik ki, əsas çoxsaylı idman yarışları üçün yüksək səviyyəli bilet satışı xidmətlərinin göstərilməsində lazımi təcrübəyə və idman nailiyyətlərinə malik bir komanda ilə çalışırıq”.
"Tickethour”un sədri Corc Bolos bu işin maraqlı və əhəmiyyətli olduğunu vurğulayıb: "Biz bütün səylərimizi, bilik və təcrübəmizi Bakı 2015-in əlçatan, səmərəli və etibarlı bilet satışı sistemi ilə təmin edilməsinə sərf edəcəyik. Biz Azərbaycanda və Azərbaycandan kənardakı idman azarkeşlərinin yaddaqalan idman festivalından rahat şəkildə zövq almalarını təmin etmək istəyirik”.
BEGOC-un kommersiya şöbəsinin direktoru Çarli Vijeratna əlavə edib: "Səbirsizliklə növbəti 12 ayda Tickethour şirkəti ilə çalışacağımızı gözləyirik. Mən əminəm ki, onların dəstəyi ilə dünyanın hər yerindəki idman azaerkeşləri üçün ədalətli, funksional və uğurlu bilet satışı proqramını təmin edəcəyik. Eyni zamanda onları Avropa Oyunlarının sponsorlardan ibarət ailəsində salamlamaqdan şadıq. İlk Avropa Oyunları üçün əməkdaşlıq dinamikası artmaqda davam edir. Biz çox qısa zamanda gələcək əlavə elanları gözləyirik”.
Qeyd edək ki, Tickethour komandasının üzvləri 2004-cü Afina Yay Olimpiya və Paralimpiya Oyunlarında uğurlu bilet satışı əməliyyatlarının həyata keçirilməsinə görə cavabdehlik daşıyıblar. Şirkət Yunanıstan paytaxtında yerləşir, Avropa, ABŞ və Orta Şərqdə fəaliyyət göstərir. Tickethour hər il bir neçə milyon biletin satışını idarə edir və əsas qlobal idman yarışları ilə bağlı bilet satışı xidmətlərinin göstərilməsində uğurlu təcrübəyə malik olduğunu sübut edib.