
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukrayna "Dnepr"i növbəti yoxlama matçı keçirib. Sportnet.az-ın məlumatına görə, rəqib "Kolos" komandası olub.
Bu matçda "Dnepr"in heyətində yığmaların düşərgəsindən qayıdan futbolçular da yer alıb. O cümlədən, zədəsini bərpa edən Yevgeni Konoplyanka da 25 dəqiqəyədək meydanda olub. Görüş Dneprepetrovsk komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:1. Hərçənd hesabı ilk yarının əvvəllərində "Kolos" açıb. Tezliklə Duqlas bərabərlik qolunu vurub. Fasilədən sonra isə "Dnepr"in heyətində daha 5 futbolçu - Yevgeni Çeberyaçko (2), Andrey Blizniçenko, Nikola Kaliniç və Valeri Luçkeviç fərqlənib.
Qeyd edək ki, sentyabrın 14-də Ukrayna çempionatının gümüş mükafatlarına qovuşacaq "Dnepr" bundan 4 gün sonra "Metallist"lə 6-cı tur matçına çıxacaq.