1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İtaliya millisinin hazırlıq proqramı açıqlandı
İtaliya milli komandasının oktyabrın 10-da Azərbaycan, bundan 3 gün sonra isə Malta yığmaları ilə keçirəcəyi 2016-cı il Avropa çempionatının seçmə qrup matçlarına hazırlıq proqramı müəyyənləşib. Sportnet.az-ın İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Antonio Konte yığmanın heyətini oktyabrın 4-də açıqlayacaq.
Ertəsi gün komanda üzvləri Florensiya yaxınlığındakı Koverçano təlim-məşq bazasında toplanışa başlayacaqlar. Oktyabrın 6-dan gündə 2 dəfə - səhər və axşam məşq edəcək heyət oktyabrın 9-da Palermoya uçacaq. Həmin gün Bakı vaxtı ilə saat 21:00-da "Rentso Barbera" stadionunda oyun öncəsi son məşq baş tutacaq. Ertəsi gün isə həmin arenada millimizlə matç keçiriləcək.
Qeyd edək ki, İtaliya yığması Azərbaycanla oyundan sonra Palermonu tərk edərək, Malta ilə səfər matçına yollanacaq.